20%

Udi Hindi Tozu 100qr

Original price was: 15.00₼.Current price is: 12.00₼.

    • Udi hindi tozunu bal ilə qarışdırılaraq istehlak edildikdə təbii antibiotikdir. İnfeksiyalara qarşı təsirlidir.
    • Mikrobların orqanizmdən çıxarılmasını asanlaşdırır.
    • Boğaz keçidini yumşaldaraq boğaz ağrısı şikayətini aradan qaldırır.
    • Balla qarışdırıldıqda quru öskürəyə yaxşı gəlir. Bəlğəmgətirici xüsusiyyətlərə malikdir.
    • Tənəffüs yollarında, xüsusən də tonzillitdə iltihablara qarşı təsirlidir.
- +
Shares:

Udi hindinin bir çox faydalı xüsusiyyətləri var. Bunları aşağıdakı kimi sıralamaq olar;

  • Udi hindi tozunu bal ilə qarışdırılaraq istehlak edildikdə təbii antibiotikdir. İnfeksiyalara qarşı təsirlidir.
  • Mikrobların orqanizmdən çıxarılmasını asanlaşdırır.
  • Boğaz keçidini yumşaldaraq boğaz ağrısı şikayətini aradan qaldırır.
  • Balla qarışdırıldıqda quru öskürəyə yaxşı gəlir. Bəlğəmgətirici xüsusiyyətlərə malikdir.
  • Tənəffüs yollarında, xüsusən də tonzillitdə iltihablara qarşı təsirlidir.
  • Burun tıkanıklığını aradan qaldırır. Udi hinduşka bitkisi ilə hazırlanan burun damcıları qısa müddətdə tıxanıqlığı aradan qaldırır.
  • Bədən müqavimətini artıraraq xəstəliklərə qarşı qorunma təmin edir.
  • Mədə ağrılarına qarşı təsirlidir. Qısa müddətdə ağrıları aradan qaldırır.
  • Xoş qoxusu olan udi hinduşka ağız qoxusunu da yox edir.
  • Yorğunluğu aradan qaldırır və sizi daha enerjili edir.
  • Dəri hüceyrələrini yeniləyir. Maska kimi istifadə edildikdə ləkələri və ölü dərini yox edir.
  • Stressə qarşı təsirlidir. Stressdən yaranan yuxusuzluğu da aradan qaldırır.
  • Ekzema və yanıq kimi hallarda istifadə olunur. Dəriyə müsbət təsir göstərir.

Udi hindinin bir neçə qəbul qaydası var:

  1. Üyüdülmüş udi hindi, yəni bitkinin tozu buruna çəkilir. Əgər sizin burnunuzda və boğazınızda iltihab, tibbi dildə desək, rinit, haymorit, frontit, faringit, angina varsa, hər burun dəliyinə bir çimdik udi hindi tozu olmaqla dərindən çəkilir müalicə vaxtı asqırma ola bilər, bu, normal haldır, asqırmaya əhəmiyyət vermədən müalicənizi davam etdirin, müalicə xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 10-20 gün aparıla bilər. Və ya buruna ud hindi tozunun zeytun yağında dəmləməsini də tökə bilərsiniz, deməli 1 dolu çay qaşığı ud hindi tozunu 100 qram rafinə olunmamış zeytun yağında 1 həftə isti otaqda və ya günəş düşən pəncərədə saxlayıb gündə 3 dəfə hər dəfədə 3-4 damcı burun dəliklərinə tökə bilərsiniz.
  2. Bir çay qaşığı udi hindi tozunu bir stəkan qaynar suya qarışdırın, su ilıq olanda1 çay qaşığı bal qarışdırın, bronxit, astma, ağciyərə su yığılması, vərəm, hepatitlər, cinsi istəyin azalması, sidikqaçırma (enurez), qadınlarda aybaşı pozulması, kistalar, miomalar, mastopatiya və allergiya zamanı gündə 3 dəfə bu şərbətdən için. Müalicə xəstəlikdən asılı olaraq 1-2 ay çəkə bilər.
  3. 2 xörək qaşığı udi hindi tozu 200 qram rafinə olunmamış zeytun yağı ilə qarışdırılıb qastrit, kolit, öd durğunluğu, babasildə gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün aparılır.
  4. 3 xörək qaşığı udi hindi tozu 200 qram rafinə olunmamış zeytun yağı ilə qarışdırıb ağzı kip bağlanmamaq şərtilə 10-15 gün günəş altında saxlayın, sonra süzün. Bu yağ bütün dəri xəstəliklərində, civzələrdə, üzdə ləkələrdə, ekzemalarda, dəri çillərində, keçəllikdə, qulaq ağrılarında (qulağa tökülür), üz dərisinin gənə (demodeks) zədələnməsində dəriyə çəkilir və eyni zamanda burun nəfəsalmasında problemlər olduqda pambıq bu yağa batırılıb hər burun dəliyində yarım saat saxlanır. Bu yağ həm də dərini ağardır. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün gedə bilər.
  5. 1 çay qaşığı udi hindi tozu 1 stəkan suda 15 dəqiqə dəmlənilir. Ağız içi yaralarda, tez-tez boğazgəlmədə, ağızdan xoşagəlməz iy gələndə ağız və boğaz gündə 3-5 dəfə qarqara edilir. Qadınlarda uşaqlıq yolundan axıntı gələn zaman və ya göbələk xəstəliyi olan zaman gündə 3 dəfə uşaqlıq yolu həmin dəmləmə ilə şırınqa edilir. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün gedə bilər.
  6. 1 xörək qaşığı udi hindi tozu 1 stəkan suda 15 dəqiqə zəif odun üstündə yavaş-yavaş qaynadılır, haymoritin, rinitin və frontitin müalicəsində gündə bir dəfə başa dəsmal atılıb buxara verilir. Bunu axşamlar edin və prosedurdan sonra özünüzü soyuqdan qoruyun. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün aparıla bilər. Bu qarışıma 1 çay qaşığı qara zirə yağı əlavə olunduqda daha faydalı ola bilər.
  7. 200 qram ud hindi tozunu 1 kq qaratikan balı ilə qarışdırıb məcun hazırlayın, məcundan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyin, bu məcun bütün iltihabi xəstəliklərdə, hepatitlərdə, revmatizmərdə, boğaz iltihabında, faringitdə, vərəmdə, böyrək soyuqlamasında, qan dövranı pozğuluqlarında, cərrahi əməliyyatdan sonrakı bərpa dövründə, bədən soyuqluğunda, qan azlığında, cinsi zəiflikdə, qripdən sonrakı ağırlaşmalarda, zobda istifadə edə bilərsiniz.

 

Rəylər

Hələ heç bir rəy yoxdur.

Yalnız bu məhsulu sifariş etmiş və hesaba daxil olmuş müştərilər rəy yaza bilər.